Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir N.Abdullayeva /
MDB-nin Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçiriləcək referendum üzrə müşahidəçi missiyası ölkə bölgələrində seçkilərə hazırlığı müsbət qiymətləndirir.
Missiya qərargahı rəhbəri Yevqeni Slobodanın rəhbərlik etdiyi MDB müşahidəçiləri artıq Azərbaycanın Bakı şəhəri, Xazmaz və Tovuz rayonlarında yerləşən seçki məntəqəlirndə olublar. "Ziyarət göstərdi ki, referenduma hazırlıq Seçki Məcəlləsinə uyğun aparılır. Bu gün biz vəziyyəti öyrənmək və tanış olmaq üçün Şamaxıya yollanacağıq", - Sloboda bildirib.
Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.
MDB-nin müşahidəçilərdən ibarət missiyası referendumun gedişatı üzrə monitorinq aparmaq üçün martın 6-dan Azərbaycandadır. Missiyanın tərkibi 50 nəfərdən artıqdır. Nümayəndə heyətinə MDB-nin İcra katibi - İcraiyyə Komitəsinin sədr müavini Toktasın Buzubayev rəhbərlik edəcək.
Sloboda bildirib ki, missiya qərargahının nümayəndələri referendum üzrə təşəbbüs qrupları ilə görüşlər keçiriblər.
Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
Bazar günü Buzbayevin rəhbərlik etdiyi qısa müddətli nümayəndə heyəti Bakıya gəlir.
"Buzbayev bazar ertəsindən işə etibarən bir sıra görüşlər keçirəcək, seçki məntəqələrini ziyarət edəcək", - deyə Sloboda bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]