...

Azərbaycan Prezidenti konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvlərini qəbul edib

Siyasət Materials 16 Mart 2009 20:26 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Avropa uğrunda Liberallar və Demokratlar alyansının nümayəndəsi Pol Uilin başçılıq etdiyi konstitusional referendumun müşahidə olunması üzrə xüsusi komitənin üzvlərini qəbul edib. Məlumtı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Pol Uil gəlişlərində məqsədin martın 18-də keçiriləcək Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklərlə bağlı ümumxalq referendumunun müşahidəsi ilə bağlı olduğunu bildirib.

Görüş zamanı Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti