...

Azərbaycanda referendumda iştirak edən seçicilərin 16,14 faizi "exit-poll"da iştirak edib

Siyasət Materials 18 Mart 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Ş.Cavadsoy /

Azərbaycanda referendumda iştirak edən seçicilərin 16,14 faizi saat 11:00-a olan məlumata görə, "exit-poll"da iştirak edib.

Bu barədə Trend -a "exit-poll" (alternativ səsvermənin aparılması) aparan ELS Araşdırma Mərkəzinin Seçki Qərargahından məlumat verilib. Məlumata görə, fəallıq daha çox rayonlarda müşahidə olunur.

ELS Araşdırma Mərkəzi və Azərbaycanda Vətəndaş İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumda "exit-poll" aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınıblar.

Hər iki qeyri-hökumət təşkilatı 118 seçki dairəsinin 800 məntəqəsində "exit-poll" aparır. Hər məntəqədə "exit-poll" iki nəfər tərəfindən həyata keçirilir.

Çərşənbə günü Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti