...

Sankt-Peterburqda günorta saatlarınadək seçicilərin Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda iştirakı 18% təşkil edib

Siyasət Materials 18 Mart 2009 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunda seçicilərin Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendumda iştirakı saat 12:00 üçün 18% təşkil edib.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Qüdsi Osmanovun Trend -a verdiyi məlumata görə, Rusiya Federasiyasının şimal paytaxtında ümumilikdə 615 seçici - Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Hazırda onlardan 109 nəfəri səs verib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti