...

Azərbaycanın Belçikadakı səfirliyində səhər saat 10:00-dək seçicilərin 15 faizi səs verib

Siyasət Materials 18 Mart 2009 14:27 (UTC +04:00)

Belçika, Brüssel, 18 mart / Trend , müxbir A.İsmayılova /

Azərbaycanın rəsmi olaraq 151 seçicinin qeydiyyatdan keçdiyi Belçika və Lüksemburqdakı səfirliyində səhər saat 10:00-dək seçicilərin 15-16 faizi səs verib. Bu barədə Trend -a səfirlikdən məlumat verilib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti