...

Qazaxıstanda Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendumda seçicilərin iştirakı Astana vaxtilə saat 15:00-da 47 faiz təşkil edib

Siyasət Materials 18 Mart 2009 15:16 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 mart / Trend , müxbir K.Arınova /

"Qazaxıstanda Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendumda seçicilərin iştirakı yerli vaxtla saat 15:00-da 47 faiz təşkil edib", - Trend -a Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

"Astanda 47 faiz və ya 350 nəfər səs verib. Aktauda - Baş konsulluqda bu göstərici 167 nəfər və ya yenə də 47 faiz təşkil edib", - Trend -a Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov məlumat verib.

"Seçicilərin çox yüksək fəallığı müşahidə olunur ki, bu da referendumdan əvvəl həyata keçirilmiş böyük maarifləndirmə işi ilə izah oluna bilər", - səfir bildirib.
   

Onun sözlərinə görə, nahara yaxın xüsusi fəallıq müşahidə olunub. 

Qazaxıstanda iki seçki məntəqəsi açılıb. Birincisi - Astanada, Azərbaycan səfirliyinin binasında, ikincisi - səfirliyin Aktaudakı Baş Konsulluğunda.

Referenduma hazırlıq çərçivəsində Qazaxıstanda yaşayan, konsul qeydiyyatına alınan və seçki hüququ olan vətəndaşların siyahısı hazırlanıb.

Ümumilikdə, Astanada 745, Aktauda 352 nəfər seçmək hüququ olan şəxs qeydiyyatdan keçib.

Səfirlikdə referendumun həyata keçirilməsi üzrə seçki komissiyası təşkil olunub ki, bu komissiya da referendumun yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirləri görüb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti