...

İlham Əliyev Pakistan prezidentini ölkənin milli bayramı münasibəti ilə təbrik edib

Siyasət Materials 22 Mart 2009 20:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı münasibəti ilə prezident Asif Əli Zərdarini təbrik edib. Xəbəri AzərTac dövlət informasiya agentliyi yayıb.
"Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Pakistan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin hərtərəfli genişlənməsi, dostluq və əməkdaşlığımızın daha da möhkəmlənməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh, sabitlik və firavanlıq arzulayıram" - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti