...

İran XİN rəhbəri Afrika və Latın Amerikası ölkələrinə səfər edəcək

Siyasət Materials 24 Mart 2009 13:19 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçehr Müttəki bir qrup nümayəndə heyəti ilə (iqtisadi və siyasi məsələlər üzrə) Afrika və Latin Amerika ölkələrinə səfər edəcək.

Hazırda İran XİN rəhbəri Müttəki Afrikanın Mali ölkəsinə səfər edib. Xarici İşlər Nazirliyinin rəsmi saytının martın 24-də yaydığı məlumata əsasən, Malidən əlavə, digər Afrika və Latin Amerika ölkələrinə XİN rəhbərinin səfəri planlaşdırılıb.

XİN-in rəsmi saytının məlumatına əsasən, səfər çərçivəsində bu ölkələrlə iqtisadi sazişlər imzalanacaq.

XİN-in rəsmi saytında Müttəkinin Afrika və Latin Amerikasının hansı ölkələrinə səfəri haqqında dəqiq  məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti