...

Avropa Şurasının məşğulluq problemləri ilə bağlı may sammiti ləğv edilib

Siyasət Materials 25 Mart 2009 17:23 (UTC +04:00)

RİA Novosti-nin verdiyi məlumata əsasən, bu gün Avropa komissiyasının sədri Joze Manuel Barrozo mayın 7-nə planlaşdırılan məşğulluq məsələləri ilə bağlı Avropa Şurasının (AŞ) sammitinin ləğvi barədə xəbər verib.

Onun sözlərinə əsasən, AŞ liderlərinin görüşü əvəzinə mayın 7-də işsizliklə bağlı vəziyyəti AŞ-nin Çexiya sədirliyi, işlə təmin edənlər və əməkçilər təşkilatları müzakirə edəcəklər.

Barrozo qeyd edib ki, sammitin ləğv olunması barədə qərar AŞ liderləri tərəfindən 19-20 martda Brüsseldə keçirilən görüş zamanı qəbul edilib.

"Düzü, bu qərar məni məyus etdi. İstərdim ki, AŞ-yə üzv olan 27 ölkə avropalıların böhrandan irəli gələn problemlərinə vaxt ayırsınlar", - Barrozo Avropa Parlamentinin plenar sessiyasında çıxış edərkən deyib.

Avropa komissiyası bir müddət öncə xəbərdar etmişdi ki, ciddi tədbirlər görülməsə işsizlik AŞ-nin iqtisadi cəhətdən fəal əhalisinin 10 faizinə güclü təsir edə bilər.

Xəbər lenti

Xəbər lenti