...

İsrailin koalisiya hökuməti sülh danışıqlarında çətinliklər yaradır – İsraillə danışıqlar aparan Fələstin Muxtariyyətinin nümayəndə heyətinin başçısı

Siyasət Materials 29 Mart 2009 17:03 (UTC +04:00)
İsrailin koalisiya hökuməti sülh danışıqlarında çətinliklər yaradır – İsraillə danışıqlar aparan Fələstin Muxtariyyətinin nümayəndə heyətinin başçısı

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir Ü.Sadıqova /

İsraillə danışıqlar aparan Fələstin Muxtariyyətinin nümayəndə heyətinin başçısı Saib Arikat hesab edir ki, İsraildə sağ koalisiya hökumətinin formalaşdırılması Fələstin-İsrail danışıqlarında çətinliklər törədir.

"İsrailin hər hansı bir hökuməti ilk növbədə görülən tədbirlər əsasında qiymətləndiriləcək. Sağların İsraildə təsiri və koalisiya hökumətinin yaradılması sülhün bərqərar olmasında çətinliklər yaradır", - Trend -a eksklüziv müsahibəsində Arikat bildirib.

Ötən həftə İsrailin "Avoda" işçi partiyasının lideri, müdafiə naziri Ehud Barak İsrailin yeni hökumətinin yaradılmasının tapşırıldığı "Likud" sağ partiyasının lideri Benyamin Netanyahu ilə müqavilə imzalayıb. Əvvəlcə Netanyahu koalisiyasına "Bizim Evimiz İsraildir" və "ŞAS" dini partiyası daxil olub.

"Likud" partiyasının lideri fələstinlilərlə sülh danışıqlarının dayandırılması tərəfdarıdır və Qərb Sahilində iqtisadi vəziyyəti yaxşılaşdırmağı təklif edir.

Netanyahu hökumətində DİN-in portfelinin vəd olunduğu "Bizim Evimiz İsraildir" partiyasının başçısı Aviqdor Liberman Fələstin ərazisinə yəhudilərin köçürülməsinin genişləndirilməsi tərəfdarıdır. Bu iki il öncə Annapolisdəki konfransda qəbul edilmiş beynəlxalq razılaşmanın bəndlərini pozur.

Arikat onu da qeyd edib ki, İsrail hökumətinin qəti tərkibinin necə olmasından asılı olmayaraq "Yol xəritə"sinin bütün öhtəliklərinə əməl etməlidir və iki ölkənin probleminin həllinə və 1967-ci ildə yaradılmış azad və suveren Fələstin hökümətinə dəstək göstərməlidir. Həmçinin İsrail və Fələstin Azadlıq Təşkilatı arasında əvvəlki danışıqlara əməl etməlidir.

"Bu olmadan (fələstinlilərin) sülh tərəfdarları ola bilməz", - deyə arikat bildirib.

2003-cü ildə "Yaxın Şərq kvartetinin (Rusiya, BMT, ABŞ və Aİ) vasitəçiliyi ilə qəbul edilmiş "Yol xəritəsi"nə uyğun olaraq İsrail yəhudi məskənlərinin tikintisini dayandırmalı və fələstinlilərə Qərb Sahilində və onun hüdudlarında azad hərəkət etməyə imkan verməlidir.

Arikatın sözlərinə əsasən, beynəlxalq cəmiyyət sülh prosesində iştirakını gücləndirməlidir.

"Ötən razılaşmalar çərçivəsində tərəflərin öz öhdəliklərini yerinə yetirməsi üçün mexanizm yardılmalıdır", - deyə Arikat bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti