...

Belçika parlamentariləri Azərbaycan ilə dostluq münasibətləri yaratmaq istəyirlər - senator

Siyasət Materials 30 Mart 2009 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir C.Babayeva /

Belçika parlamentarilərinin əsas məqsədi Azərbaycan ilə dostluq münasibətləri yaratmaqdır. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə belçikalı senator, Belçika Krallığı Senatının qadınlar və kişilər arasında hüquq bərabərliyi üzrə Məşvərət Şurasının sədri Tilmans Dominik bildirib.

Belçika nümayəndə heyətinin Azərbaycana səfəri dünən başlayıb. Parlamentarilərin ölkəyə səfər etməkdə məqsədləri Belçika ictimaiyyətinin Azərbaycan haqqında məlumat dairəsinin artırılması, iki ölkənin dövlət və ictimai-siyasi xadimləri arasında əlaqələrin daha da inkişaf etdirilməsindən ibarətdir. 

Belçikanın nümayəndə heyətinə deputatlar Marion Lemesre və Sadık Koksal, "Belturk" qəzetinin sahibi Şerife Yavas daxildir.

Səfər zamanı nümayəndə heyətinin ölkə parlamentinin rəhbəri ilə, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərində, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşlər keçirməsi nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin Heydər Əliyev Fondu və Azərbaycan Tarix Muzeyinə baş çəkəcəklər.

Deputat Marion Lemesre Azərbaycana gəlməyinə çox şad olduğunu bildirib. "Azərbaycan ilə yaxından tanış olmaq üçün bir neçə görüşlər keçirəcəyik", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti