...

Azərbaycanda azərbaycanlıların Soyqırımı Günü qeyd edilir

Siyasət Materials 31 Mart 2009 00:01 (UTC +04:00)
Azərbaycanda azərbaycanlıların Soyqırımı Günü qeyd edilir

Azərbaycan, Bakı, 31 mart / Trend / Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar S.Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olunublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixinin XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti