...

Qırğızıstanda yeni inqilab xaosa gətirib çıxaracaq – prezident Bakiyev

Siyasət Materials 1 Aprel 2009 12:54 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 01 aprel / Trend , müxbir А.Тanayev /

"Daimi inqilablar və hakimiyyətdəkilərin tez-tez dəyişməsi, xaotik dəyişiklik və islahatlar xarici qüvvələrdən asılılığa səbəb olacaq. Bu, müstəqilliyin itirilməsi və ölkənin xaricdən idarə olunmasına gətirib çıxara bilər", - Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin yeni proqramının mətnində deyilir.

Dünən Qırğızıstanda prezidentin yeni proqramı - "Ölkənin yenilənməsi kursu"nun tam mətni dərc olunub. Sənəd özündə respublikanın yaxın illərdə inkişaf konsepsiyasını əks etdirir. Bir müddət əvvəl dövlət başçısı qeyd etmişdi ki, onun məqsədi növbəti prezidentə sabit və dinamik inkişaf edən ölkə saxlamaqdır.

Bakiyevin fikrincə, hazırda Qırğızıstanın qarşısında üç qrup çağırış durur: azadlıq, ölkənin idarəetmə sisteminin yeni hədəflərə uyğunsuzluğu və qlobal dünyanın, maliyyə böhranının çağırışları. Bu çağırışlara cavab sərbəst sağlam cəmiyyət, səmərəli iqtisadiyyat, güclü mədəni siyasət olmalıdır.

Proqramda göstərilir ki, bu məsələlərin yerinə yetirilməsinin görünən üfüqü 10-15 ildir. Bununla yanaşı, Qırğızıstan prezidenti konkret hədəflər də müəyyən edib. Məsələn, 2009-cu ildə respublikada 50 min yeni iş yeri açmaq. 2011-ci ilə orta ömür həddini 70 yaşa qədər uzatmaq planlaşdırılır.

Bakiyev bəyan edib ki, bütün vətəndaşlardan onun elan etdiyi kursa əlavə və təkliflər gözləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti