...

Amerika-Rusiya münasibətlərinin yaxşılaşması Gürcüstanın hesabına olmayacaq – vitse-spiker

Siyasət Materials 2 Aprel 2009 14:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan parlamenti spikerinin azlıqdan olan müavini Levan Vepxvadze hesab edir ki, Amerika-Rusiya münasibətlərinin yaxşılaşması Gürcüstanın hesabına olmayacaq.

"Obama və Medvedyevin görüşünün əsas nüansı - Amerika-Rusiya münasibətlərinin yaxşılaşması Gürcüstanın hesabına olmayaq", - deyə Vepxvadze ABŞ və Rusiya prezidentlərinin dünən Londonda keçirilən görüşünü şərh edərkən bildirib.

Bu görüş zamanı Rusiya Federasiyası və ABŞ prezidentləri tərəfindən bəyan edilib ki, Moskva ilə Vaşinqton arasında Gürcüstanla bağlı fikir ayrılığı qalmaqdadır.

"Bizim üçün Gürcüstanın hesabına heç nəyin edilməyəcəyi əsasdır və bu dəqiq qeyd olunub", - deyə Vepxvadze bildirib.  

O həmçinin qeyd edib ki, görüşdə beynəlxalq ictimaiyyətin Rusiyadan "qoşunların Gürcüstandan çıxarılmasına dair altı bəndlik müqavilənin icrasını gözlədiyi" dəqiq şəkildə bəyan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti