...

Naxçıvanda iki cəzaçəkmə müəssisəsi üçün yeni binalar istifadəyə verilib

Siyasət Materials 3 Aprel 2009 08:38 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 2 aprel / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə və 21 saylı xüsusi müəssisələrinin yeni binalarının açılışı olub. Naxçıvan MR Ədliyyə Nazirliyindən verilən məlumata görə, beynəlxalq təcrübədən istifadə olunaraq tikilən binalar üc mərtəbədən ibarətdir.

İki girişdən ibarət 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi üçün binanın bir hissəsi məhkumlar, digər hissə isə penitensiar xidmətin şəxsi heyəti üçün nəzərdə tutulub. Burada 108 yerlik yataqxana, görüş otaqları, klub-kitabxana, 50 yerlik iclas zalı, tibbi hissə və məişət otaqları yaradılıb.

21 saylı xüsusi müəssisənin binası da eyni layihə əsasında tikilib. Cəzaçəkmə müəssisəsində də məhkumlar və şəxsi heyət üçün lazımi şərait yaradılıb. 

Xəbər lenti

Xəbər lenti