...

Azərbaycanın Türkiyədəki səfiri ölkəni bələdiyyə seçkilərinin uğurla həyata keçirilməsi münasibətilə təbrik edib

Siyasət Materials 3 Aprel 2009 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov ölkəni bələdiyyə seçkilərinin uğurla həyata keçirilməsi münasibətilə təbrik edib.      

Həşimov türkdilli ölkələrin Türkiyədəki səfirləri, Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyə Böyük Millət Məclisinin (TBMM) yüksək vəzifəli şəxsləri ilə görüşüb. Bu barədə Azərbaycanın Türkiyədəki səfriliyinin Trend -a cümə günü daxil olan məlumatında bildirilib.

Türkiyədə martın 29-da bələdiyyə seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) səs çoxluğu qazanıb.

Görüşdə Türkiyə XİN rəhbərinin müavini Əhməd Ünal Çeviköz, TBMM-in Türkdilli dövlətlərin Parlamentlərarası Dostluq Qrupunun sədrləri, ƏİP sədrinin müavini Haluk İpək, TÜRKSOY-un sədri Düysen Kasseinov iştirak edib.

Görüş iştirakçıları ölkələr arasındakı ikitərəfli münasibətlərlə yanaşı, çoxtərəfli əlaqələri də müzakirə ediblər. Türkdilli ölkə və xalqların müştərək əməkdaşlıq və münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda səfirliklərin rolunun təqdirəlayiq olduğu qeyd edilib, əlaqələrdə münasibətlərin yüksək inkişaf tempindən danışılıb. TÜRKSOY-un fəaliyyətinə yaxından dəstək verilməsi və iştirakın vacibliyi qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti