...

Azərbaycan Prezidenti paytaxtın müxtəlif yerlərində yolötürücü, körpü-tunel və yeraltı piyada keçidlərinin açılışında iştirak edib

Siyasət Materials 6 Aprel 2009 20:33 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da paytaxtın müxtəlif yerlərində yolötürücü, körpü-tunel və əsaslı şəkildə yenidən qurulmuş yeraltı piyada keçidlərinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücünün açılışına gəlib. Daha sonra Prezident İlham Əliyev paytaxtın Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin və əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidin açılış mərasimində iştirak edib.

Ölkə başçısı həmin gün Heydər Əliyev adına İdman-Konsert Kompleksinin qarşısındakı yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə, Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin binası qarşısında yenidən qurulmuş yeraltı piyada keçidi ilə də tanış olub.

Xəbər lenti

Xəbər lenti