...

9 aprel aksiyasının təhlükəsizliyinin təmin olunması məqsədilə müxalifət hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək – müxalifət lideri

Siyasət Materials 7 Aprel 2009 16:55 (UTC +04:00)
9 aprel aksiyasının təhlükəsizliyinin təmin olunması məqsədilə müxalifət hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək – müxalifət lideri

Gürcüstan, Tbilisi, 07 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Aprelin 9-dakı aksiyanın təhlükəsizliyinin təmin olunması məqsədilə müxalifət əlavə tədbirlər görür ki, bu da özünü hüquq-mühafizə orqanları ilə əməkdaşlıqda göstərir. Bu barədə bu gün jurnalistlərə "Gürcüstan naminə Alyans"ın lideri İrakli Alasaniya, qeyri-parlament müxalifəti liderlərinin Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşündən əvvəl deyib. Onun sözlərinə görə, müxalifət hər hansı insidentin baş verməməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək.

"Biz çalışacağıq ki, aksiya sabitliyə xidmət etsin. Bütün qüvvələr durumun sabit inkişafı üzrə məsuliyyəti öz üzərinə götürür", - Alasaniya vurğulayıb və əlavə edib ki, ölkə rəhbərliyi də məsuliyyəti öz üzərinə götürməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti