...

Etirazçılar Moldova prezidentinin iqamətgahına daxil olub

Siyasət Materials 7 Aprel 2009 17:06 (UTC +04:00)
Etirazçılar Moldova prezidentinin iqamətgahına daxil olub

"Etiraz aksiyasının iştirakçıları Moldova Prezidentinin Kişinyovdakı iqamətgahına daxil olub, girişdə Rumıniya, binanın üstündə isə Avropa İttifaqının bayrağını asıb", - RİA Novosti-nin müxbiri xəbər verir.

Moldova müxalifəti bazar günü keçirilmiş parlament seçkilərinin nəticlərindən narazıdır. Seçkilərdə ölkənin hazırkı Prezidenti Vladimir Voroninin başçılıq etdiyi Kommunist Partiyası qələbə qazanıb. MSK-nın məlumatına görə, Moldova Kommunist Partiyası səslərin 50 faizini toplayıb.

Xəbər lenti

Xəbər lenti