...

Rəsmi Yerevan hakimiyyətini qorumağa çalışır – Türkiyənin Işık Universitetinin professoru

Siyasət Materials 7 Aprel 2009 17:26 (UTC +04:00)
Rəsmi Yerevan hakimiyyətini qorumağa çalışır – Türkiyənin Işık Universitetinin professoru

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin Işık Universitetitin beynəlxalq əlaqələr üzrə professoru hesab edir ki, Ermənistan rəsmiləri Ankara-Yerevan danışıqlarında Dağlıq Qarabağ probleminin müzakirə mövzusu olmadığını söyləməklə hakimiyyəti əldə saxlamağa çalışırlar.

"Ermənistan müxalifəti Ankara-Yerevan münasibətlərinin inkişaf etməsindən narahatdırlar. Erməni rəsmiləri hakimiyyətlərini qoruyub saxlamaq üçün Türkiyə ilə aparılan danışıqlarda Dağlıq Qarabağın müzakirə mövzusu olmadığını bildirirlər", - deyə çərçənbə axşamı Ankaradan universitetin professoru Bülənt Aras Trend -a bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Aras hesab edir ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqların məntiqi davamı kimi iki ölkə arasında sərhədlərin tez bir zamanda açılması gözlənilir.

"Türkiyənin hazırki siyasəti bütün qonşu dövlətlərlə münasibətlərin bərpasına yönəlib. Elə bu səbəbdən də yaxında Türkiyə-Erməınistan sərhədinin açılması gözlənilir", - o, bildirib.

Onun fikrincə, Türkiyə Ermənistanla dialoqa cəhd etməklə Yerevana təsir etmək imkanını çoxaltmağa çalışır. Lakin Aras onu da vurğulayıb ki, Türkiyə Ermənistan əlaqələrinin normallaşması Dağlıq Qarabağ probleminin həllindən sonra mümkündür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti