...

Qazaxıstanda İslam əsasları üzərində ilk multimedia layihəsinin hazırlanmasına başlanılıb

Siyasət Materials 8 Aprel 2009 12:44 (UTC +04:00)

Qazaxıstan, Astana, 08 aprel / Trend , müxbir K.Arınova /

"Qazaxıstanda İslam əsasları üzərində "Bismillah: İslamla tanışlıq" adlı ilk multimedia layihənin - hazırlanmasına başlanılıb", - bu haqda Trend -a layihənin rəhbəri Amanjol Temirbek məlumat verib.

"Biz ümid edirik ki, materialın mətni strukturlaşdırılması, audio və video fraqmentlər şəklində təqdimatı İslamla tanışlığı aydın və maraqlı edir", - Temirbek bildirib. Layihə kompakt-diskdə muldimedia nəşri şəklindədir, Allahın dininin əsaslarına həsr edilib, maarifləndirici, informasiya-məlumatlandırıcı xarakter daşıyır və geniş auditoriya üçün hesablanıb.

Media layihə həmçinin məhdud imkanlı şəxslərə də İslamın əsasları ilə tanış olmaq imkanı yaradacaq. Hər bir bölmənin mətn mündəricatından əlavə videoillüstrasiyalar və audioşərhləri də var.

Layihənin hazırlanması və həyata keçirilməsi ilə elm və texnikanın müxtəlif sahələrinin mütəxəssisləri - aparıcı teoloq-məsləhətçilər, filoloqlar, tərcüməçilər,  dizaynerlər, proqramçılar və videomühəndislər, həmçinin sadəcə dinin əsaslarının insanlara çatdırılmasını istəyən şəxslər məşğul olurlar.

Layihə çoxaldılan multimedia diski şəklində və www.bismillah.kz internet portalından realizə ediləcək.

Layihənin təqdimatı 2009-cu ilin avqust ayının birinci yarısında, müqəddəs Ramazan ayından öncəyə hesablanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti