...

Gürcüstanda müxalifətin aksiyası başlandı

Siyasət Materials 9 Aprel 2009 16:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan parlamentinin qarşısında müxalifətin aksiyası 1989-cu il aprelin 9-da həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Parlament qarşısında cəmlənən minlərlə insan bayraqları endirərək həlak olanların xatirəsini yad ediblər.

Mitinqin aparıcısı keçmiş deputat David Maqradze aksiyanın başlandığını elan edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti