...

ATƏT ofisi təşkilatın prinsiplərinin Azərbaycanda tərəqqisində əhəmiyyətli rol oynayır – Bakı ofisinin yeni rəhbəri (YENİLƏNİB)

Siyasət Materials 10 Aprel 2009 13:38 (UTC +04:00)
ATƏT ofisi təşkilatın prinsiplərinin Azərbaycanda tərəqqisində əhəmiyyətli rol oynayır – Bakı ofisinin yeni rəhbəri
 (YENİLƏNİB)

Aərbaycan, Bakı, 10 aprel / Trend , müxbir V.Javoronkova /

ATƏT-in Bakı ofisinin yeni rəhbəri təşkilatın Azərbaycandakı missiyasının yerli hakimiyyət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində strukturun prinsiplərinin tərəqqisi və həyata keçirilməsində böyük rol oynadığını bildirir. Bu barədə ATƏT-in məlumatında bildirilir.

ATƏT-in Bakı ofisinin yeni rəhbəri Əli Bilqe Cankorel rəsmi olaraq öz missiyasına aprelin 10-dan başlayacaq.

Cankorel ATƏT-in Bakı ofisinə rəhbər təyin edilənədək Türkiyə Baş nazirinin müşaviri olub. O, öz diplomatik karyerası ərzində Kanada, Çin və İsveçrədə bir çox vəzifələrdə çalışıb, Türkiyənin Əfqanıstanda, daha sonra isə Ukrayanadakı səfiri olub.

O, bu vəzifədə diplomatik missiyası ötən ilin dekabrında başa çatan Luis Herrero Ansolanı əvəz edib.

"Mən ATƏT-in bu ölkədə göstərdiyi səylərin bir hissəsi olacağıma ümid edirəm", - deyə Cankorel bildirib.

Cankorel Bakıya gələn həftə gələcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı  - [email protected]

Xəbər lenti

Xəbər lenti