...

Türkiyə HDQ gəmisi birgə təlim məqsədi ilə Gürcüstan limanına gəlib.

Siyasət Materials 11 Aprel 2009 17:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 aprel / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın Poti limanında Türkiyə Hərbi dəniz qüvvələrinə (HDQ) məxsus "KEMAL REIS" gəmisinin qarşılanma mərasimi keçirilib. Gürcüstan sərhəd polisinin sahil mühafizəsi direktoru Besik Şenqeliyanın sözlərinə əsasən, gəminin gəlişi hər il həyata keçirilən "Dəniz ulduzu" missiyası ilə bağlıdır.

Türkiyənin "KEMAL REIS" gəmisi sərhəd sferasında ikitərəfli əməkdaşlıq barədə razılaşmaya əsasən aprelin 13-nə dək Potidə qalacaq. Gəlişin əsas məqsədi dəniz sərhədlərinin qorunmasında təcrübə mübadiləsi və birgə dəniz təlimlərinin keçirilməsindən ibarətdir. Eləcə də Türkiyə dənizçiləri üçün mədəniyyət tədbirlərinin keçirilməsi və yerli sakinlərin gəmiyə ekskukrsiyası planlaşdırılıb.

Səfər çərçivəsində Türkiyə nümayənədə heyyətini Poti şəhərinin meri İvane Saqinadze qəbul edəcək. Aprelin 12-13-də Gürcüstan və Türkiyə katerlərinin birgə təlimi keçiriləcək. Təlimdə Gürcüstan sərhəd polisi sahil mühafizəsinin katerləri və Türkiyə HDQ komandanlığının nümayəndələri iştirak edəcəklər. Təlimlər iki mərhələ də keçiriləcək. Təlimlərə yanğıın lokallaşdırılması üzrə treninqlər, dənizdə xilasetmə-axtarış əməliyyatlarının aparılması və texniki manevrlər daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti