...

Azərbaycanda neft daşıyan yük qatarı aşıb

Siyasət Materials 13 Aprel 2009 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda Səngəçal-Batumi marşrutu ilə hərəkət edən neft daşıyan yük qatarının altı vaqonu Hacıqabul Dəmir Yolu Stansiyasının ərazisində relsdən çıxıb.  Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi məlumat verilib.

Qəza nəticəsində yük dağılmayıb. Görülmüş tədbirlər nəticəsində vaqonlar relsə qaldırılıb və hərəkət davam etdirilib.

DİN-in Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən qəzanın səbəbləri araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti