...

Permdə azərbaycanlılardan 7 kq marixuana və 0,5 kq həşiş aşkar edilib

Siyasət Materials 14 Aprel 2009 14:12 (UTC +04:00)

Permdə əslən Azərbaycandan olan üç nəfərin qeydiyyatsız yaşadığı mənzildə Narkotiklərə nəzarət bölməsinin əməkdaşları 7 kq marixuana və təqribən 0,5 kq həşiş aşkar ediblər.

Hüquq mühafizə orqanlarından İTAR-TASS-a verilən məlumata əsasən, marixuana beş polimer paketdə qablaşdırılıb. Paketlərdə dozalara bölünmüş istifadəyə hazır vəziyyətdə narkotiklər də olub.

Saxlanılan şəxslər istintaq təcridxanasına çatdırılıb. RF Cinayət Məcəlləsinin "Narkotik maddələrin qeyri-qanuni istehsalı, satışı və küllü miqdarda saxlanılması" maddəsi ilə cinayət işi açılıb.  

Xəbər lenti

Xəbər lenti