...

Tacikistan dünyəvi dövlət olaraq qalmaqdadır - prezident Rəhmon

Siyasət Materials 15 Aprel 2009 13:50 (UTC +04:00)
Tacikistan dünyəvi dövlət olaraq qalmaqdadır - prezident Rəhmon

Son zamanlar Tacikistanın tədricən dünyəvi dövlətdən dini dövlətə çevrilməsinə dair bir sıra bəyanatlar səslənir, lakin mən qəti olaraq bəyan edirəm ki, Tacikistan Respublikası ölkə Konstitusiyasında qeyd olunduğu kimi, dünyəvi dövlət olaraq qalmaqdadır. "Aziya-Plyus" informasiya agentliyinin məlumatına görə, bu barədə bu gün Tacikistan prezidenti Emoməli Rəhmonun respublika parlamentinə ünvanladığı illik müraciətində bildirilir.

"Bu kimi fikirlər cari ili dahi ulu babamız İmam Əzimin İli kimi elan etməyimizdən irəli gəlir. Bu məsələdə ölkə əhalisinin böyük əksəriyyətinin İslam dininə mənsub olması mövqeyindən çıxış edirik", - deyə dövlət başçısı bildirib.

Rəhmon öz çıxışı zamanı "Adət-ənənələr, bayramlar və ayinlərin qaydaya salınması haqqında" Tacikistan Respublikası Qanununun reallaşdırılmasının gedişatı üzərində xüsusi olaraq dayanıb.

"Bu Qanunun qüvvədə olduğu müddət ərzində ölkədə 2 mlrd. 800 mln.-dan çox naqqa balığına qənaət olunub, təkcə cari ilin birinci rübündə 12 min başdan çox iri buynuzlu mal-qara qorunub saxlanılıb. Əvvəllər isə ayinlər çərçivəsində bunlar qurban kəsilirdi. Və ötən ilin analoji dövrü ilə müqayisədə beş mindən çox nigah bağlanıb", - deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti