...

Azərbaycan Prezidenti İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibini qəbul edib

Siyasət Materials 16 Aprel 2009 14:26 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibi, hökumətlərarası iqtisadi komissiyanın həmsədri Jan-Daniel Gerberi qəbul edib, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

Gerber Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi olarkən ölkəmizdə bir neçə dəfə səfərdə olduğunu bildirib, xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini ehtiramla xatırladıb.

O, ötən dövr ərzində Azərbaycanda çox böyük iqtisadi inkişaf proseslərinin getdiyini bildirib və əldə olunan bütün bu nailiyyətləri ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərinin nəticəsi kimi dəyərləndirib.

Dövlətimizin başçısı Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları ilə, o cümlədən Dünya Bankı ilə də səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Dövlətimizin başçısı əminliklə qeyd edib ki, Gerberin ölkəmizə bu səfəri Azərbaycan-İsveçrə münasibətlərinin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti