...

Gürcüstanda hərbi təlimlər keçiriləcək – NATO nümayəndəsi

Siyasət Materials 17 Aprel 2009 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir Y.Ostapenko /

NATO mayın əvvəlində Gürcüstanda hərbi təlimlər keçirmək niyyətindən Rusiyanın onların keçirilməməsi və ya təxirə salınmasına dair müraciətinə baxmayaraq imtina etməyəcək. Bu barədə NATO-nun mətbuat katibi Simone De Manso məlumat verib.

"Təlimlər uzun müddətdir planlaşdırılıb və plana uyğun keçiriləcək", - cümə günü Trend -a Brüsseldən telefonla De Manso bildirib.

Gürcüstanda anti-prezident çıxışlarının davam etdiyi bir vaxtda hərbi təlimlərin keçirilməsini provokasiya hesab edən Rusiya, dünən NATO-ya onların ləğv edilməsini və ya təxirə salınmasını təklif edib.

"Mən NATO Baş katibindən bu təlimlərin təxirə salınmasını və ya tamamilə ləğv edilməsini xahiş etdim", - deyə Reuter agentliyinə Rusiyanın NATO-dakı xüsusi nümayəndəsi Dmitri Roqozin bildirib və əlavə edib ki, Rusiya NATO-nun onun sərhədləri yaxınlığında təlimlər aparmasına qarşıdır.

NATO-nun Gürcüstanda hərbi təlimlərinin mayın əvvəlində keçirilməsi planlaşdırılıb. NATO alyans üzvləri və onun tərəfdaşları arasında əlaqələndirməni yaxşılaşdırmaq məqsədi ilə təlimlərə 19 ölkədən 1300 hərbçini cəlb etmək və Tbilisidən 20 km. şərqə həyata keçirməyi planlaşdırıb.

Roqozin öz mövqeyini təlimlərin, müxalifətin atrıq iki həftədir ki, Prezident Mixail Saakaşvilinin istefası tələbi ilə çıxış etdiyi Gürcüstanda daxili siyasi vəziyyəti gərginləşdirə biləcəyi ilə izah edib.

"Gürcüstan ərazisində təlimlərin keçirilməsindən Saakaşvili müxalifətə və ya müxalifət Saakaşviliyə qarşı istifadə edə bilər", - deyə o bildirib.

Lakin NATO bu arqumentləri hesaba almır.

De Manso bildirib ki, belə hərbi təlimlər müntəzəm olaraq keçirilir və onlar əvvəllər də çox keçirilib. Onun sözlərinə görə, bu təlimlərdə iştirak Rusiyaya da təklif olunmuşdu, lakin o, imtina etdi.

"Rusiya NATO-nun digər tərəfdaş ölkələri kimi təlimlərə dəvət olunub", - deyə De Manso vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti