...

Interpol axtarışda olan Azərbaycan vətəndaşını Cexiyada tutub

Siyasət Materials 20 Aprel 2009 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində axtarışda olan Azərbaycan vətəndaşı Cexiyada tutulub.

"Azərbaycan Cinayət Məcəlləsinin üç maddəsi ilə axtarışda olan Eldar Fərhad oğlu Səfərovun ekstradisiya olunması üçün tədbirlər görülür", - bazar ertəsi Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfərov Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179-cu), vəzifə saxtakarlığı (313-cü), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320-ci) maddələri ilə axtarışda olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti