...

İKT və Sivilizasiyalar Alyansı İslam ilə Qərb arasında barışığın əldə olunması üçün cidd-cəhdlə fəaliyyət göstərir – Baş katib Ekmələddin İhsanoğlu (MÜSAHİBƏ)

Siyasət Materials 22 Aprel 2009 09:23 (UTC +04:00)
İKT və Sivilizasiyalar Alyansı İslam ilə Qərb arasında barışığın əldə olunması üçün cidd-cəhdlə fəaliyyət göstərir – Baş katib Ekmələddin İhsanoğlu (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir Ü.Sadıxova /

İslam Konfransı Təşkilatının Baş katibi Ekməlləddin İhsanoğlu ilə Trend -ıu Yaxın Şərq Redaksiyasının müsahibəsi

- Sivilizasiyalar Alyansının İstanbulda keçirilən son sammitində müsəlman dünyası ilə qərb ölkələri arasında dialoqa başlamağa çağırış səsləndirildi. Bu gün İslam və Qərb arasında münasibətləri necə qiymətləndirirsiniz? Tərəflər arasında dialoqa başlamaq üçün hansı addımları atmaq lazımdır?

- Sivilizasiyalar Alyasının sammitində (SAS) İslam ilə Qərb arasında dost münasibətlərin bərpasının təmin edilməsi üçün sonuncu təşəbbüs qəbul olunub.

İKT [İslam Konfransı Təşkilatı] bu sahədə başlıca rol oynayır. 1999-cu ildə İKT tərəfindən hazırlanan və BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamə "Sivilizasiyaların toqquşması" (Samuel Hantinqton tərəfindən hazırlanmış) nəzəriyyəsinə əlavə olaraq sivilizasiyalararası dialoqa çağırırdı.

SAS sivilizasiyalar arasında dialoqun başlanmasına təkan verdi. O, [SAS] perspektivli təşəbbüslərə malikdir, çünki BMT-nin birbaşa dəstəyindən istifadə edir. SAS-ın mahiyyəti İslam ilə Qərb arasında gizli və möhkəmlənmiş mənfi münasibətlərə son qoymaq idi. SAS-ın bu istiqamətdə göstərdiyi səylər hələ ki, ilkin mərhələdədir. İslam ilə Qərb arasındakı mühiti qaydaya salmaq üçün hələ çox iş görmək lazımdır.

İKT və Sivilizasiyalar Alyansı həqiqi barışığa gəlmək üçün cidd-cəhdlə əsas məsələlər üzərində çalışırlar. Bundan əlavə, İKT iki dünya dini arasında indiyədək pozulan münasibətləri, gərginliyi yumşaltmaq üçün daima müsəlman və xristianları "tarixi saziş"ə çağırır.

- İsrailin Qəzza Zolağında apardığı son hərbi əməliyyatlar bir çox İslam ölkələrini, eləcə də Türkiyəni Fələstin-İsrail münaqişəsində öz mövqeyini yenidən nəzərdən keçirməyə vadar etdi. Münaqişənin nizamlanmasına yardım göstərmək üçün müsəlman dünyası hansı tədbirləri görməlidir?

- Fələstin-İsrail münaqişəsi - Fələstinin xarici işğalı və fələstinlilərin hüquqlarının tapdanması, həmçinin onların tarixi torpaqlarından çıxarılmasına yönəlmiş İsrail təcavüzünün davam etdirilməsindən irəli gələn olduqca mürəkkəb problemdir. Bu problem bir çox formatlarda müzakirə olunur və İKT-nin məqsədi onların həqiqi müqəddaratlarının təyin edilməsi də daxil olmaqla pozulan haqlarının bərpası üçün Fələstin xalqına yardım və dəstəyin göstərilməsi olub və olacaq.

Müsəlman dünyası Fələstin problemində müdafiəçi mövqeyindən çıxış edir. İKT səy göstərir və bu dəstəyi təsdiq edən qətnamələr qəbul edir, həmçinin Fələstin xalqına öz hüquqlarını bərpa etmələrinə köməklik göstərmək üçün bir çox beynəlxalq təşkilatlar ilə iş görür.

- İraqda mövcud olan xaosa baxmayaraq, milli hökumətdə sabitlik müşahidə olunur, lakin təhlükəsizlik məsələləsi əvvəlki kimi həll edilməyib. Ərəb və müsəlman ölkələri İraqda vəziyyətin stabilləşdirilməsinə necə yardım göstərə bilər?

- İraqda qayda-qanun indiyədək mübarizə qığılcımları və zorakılıqların baş verməsinə baxmayaraq mərhələli şəkildə bərpa olur. İKT İraq sünni və şiələri arasında təriqət ədavətinin qarşısının alınması məsələsində birincidərəcəli rol oynayır. İKT 2006-cı il 19-20 oktyabr tarixlərində Məkkədə İraqın din xadimlərinin görüşündə tərəflər arasında son barışığın imzalanmasını təşkil edib. Bu barışıq "İKT-nin Məkkə sənədi" adını alıb və İraqda zorakılığın yayılmasının qarşısının alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib.

İKT bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi ilə İraqın vəzifəli şəxsləri ilə birbaşa əməkdaşlıq etmək üçün Bağdadda ofisini açıb.

Biz inanırıq ki, müsəlman və Ərəb dünyası İraq hökumətinə səlahiyyətlərini, süverenliyini və xarici qüvvələrdən müstəqilliyini bərpa etməkdə mühüm tarixi öhdəliyə malikdir. Müsəlman və Ərəb dünyası müxtəlif yollarla İraqın ərazi bütövlüyünü və milli birliyini qoruyub saxlamalıdır.

- Bu il Bakı İslam mədəniyyətinin paytaxtı seçilib. Azərbaycan öz zəngin mədəniyyəti və tarixi ilə yanaşı Qərb və Şərqdə dini və milli təhlükəsizlik üçün nümunədir. Azərbaycan müsəlman ölkələrinin hazırkı siyasi və ictimai həyatnda hansı rolu oynayır?

- Bakı Azərbaycan ərazisində yaşayıb-yaradan görkəmli mütəfəkkir, şair və filosoflara, zəngin mədəniyyət və tarixə malik olması səbəbindən İslam mədəniyyətinin paytaxtı seçilib. Sovet İttifaqının tərkibindən çıxdıqdan sonra Azərbaycan zəngin İslam mədəniyyətinin dirçəlməsində səmərəli rol oynamağa başlayıb və ona öz töhfəsini verib.  

Azərbaycanın, Mərkəzi Asiyadakı müsəlman qonşuları ilə birgə Mərkəzi Asiya regionunun zəngin irsi, həmçinin onun İslam və dünya sivilizasiyasına verdiyi töhfələr haqqında informasiyanın yayılmasına kömək edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti