...

Gürcüstan silahlı qüvvələrin ehtiyat komponenti konsepsiyası üzərində işləyir

Siyasət Materials 21 Aprel 2009 19:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan silahlı qüvvələrin ehtiyat komponenti konsepsiyası üzərində işləyir.

Jurnalistlərlə söhbətində Gürcüstanın Müdafiə Naziri David Sixarulidze deyib ki, konsepsiya qarşısında ehtiyatın keyfiyyətinin artırılması məqsədini qoyub.

Ehtiyatın təkmilləşdirilməsi məsələsi Rusiya aqressiyasından sonra daha çox gündəmə gəlib. Döyüş əməliyyatlarının bitməsindən və məğlubiyyətin səbəblərinin analizindən sonra məlum olub ki, ehtiyat qüvvə həm hazırlıq, həm də idarəetmə baxımından ən zəif yer olub.

Sixarulidzenin sözlərinə görə, ehtiyat konsepsiyası üzərində iş ABŞ-ın Corciya ştatının general-mayoru, qvardiya komandanı Uilyam Nesviklə birlikdə aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti