...

Ermənilər görüntü yaratmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirirlər – N saylı hərbi hissənin komandiri

Siyasət Materials 23 Aprel 2009 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir A.Hüseynbala /

Ermənistan Silahlı Qüvvələri görüntü yaratmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirirlər. Trend -un məlumatına görə, nu barədə cümə axşamı jurnalistlərə Ağdam rayonunda, qoşunların təmas xəttində yerləşən N saylı hərbi hissənin komandiri Nizam Osmanov bildirib.

"Ermənistan hərbi birləşmələri özlərinin iddia etdiyi kimi böyük hərbi təlimlər keçirmirlər. Müşahidələrimiz göstərir ki, Ermənistan ordusunda kifayət qədər texnika və canlı qüvvə yoxdur", - Osmanov deyib.

Trend -un arayışı: Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Osmanov deyib ki, Azərbaycan Milli Ordusunda döyüş hazırlığının səviyyəsi yüksəkdir.

Aprelin 23-də Azərbaycan Parlamentinin deputatları Aydın Mirzəzadə, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Aydın Həsənov, Bəxtiyar Sadıqov, bir qrup KİV nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri cəbhə bölgəsinə gediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti