...

Gürcüstan müxalifəti "rüsvayçılıq dəhlizləri" hazırlayır

Siyasət Materials 24 Aprel 2009 17:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 aprel / Trend , müxbir N.Kirtsxaliya /  

Bu gündən etibarən Gürcüstan müxalifəti İctimai yayım binasının önündə yığışaraq "rüsvayçılıq dəhlizləri" təşkil edəcək. Birinci kanal qarşısında keçirilən aksiya zamanı müxalifət liderlərinin dediklərinə əsasən, "rüsvayçılıq dəhlizləri" lazım gələn hər yerdə olacaq. Aksya iştirakçıları dünəndən etibarən Kostova küçəsini kəsiblər. Bununla yanaşı, Dövlət dəftərxanası yaxınlığında yerləşən İnqorokva və Çitadze küçələri də aksuyaçılar tərəfindən bağlanılıb. Tbilisinin müxtəlif yerlərində çadır şəhərcikləri salınıb və "həbsxana kameraları" quraşdırılıb.

"Ləyaqəti olan və bundan daha yaxşı ölkə arzulayan hər kəs bizə qoşulsun", - müxalifət liderlərindən olan Georgi Xaindrava deyib. Ötən gecə Gürcüstanda sakitçilik olub.

Aksiya qərargahından verilən məlumata əsasən, Prezidentin Avlabari iqamətgahı yaxınlığında, İctimai yayım binası önündə və Dövlət dəftərxanası yanında gecə asayiş pozuntusu halları qeydə alınmayıb.

Səhər tezdən aksiya keçirilən ərazilərə müxalifət liderləri gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti