...

İranın ticarət naziri Türkiyəyə səfər edib

Siyasət Materials 27 Aprel 2009 11:27 (UTC +04:00)

İranın ticarət naziri Məsud Mirkazimi bazar ertəsi Türkiyəyə səfər edib. Naziri səfər zamanı İranın istehsal və ticarət sahəsində ixtisaslaşmış özəl şirkətlərindən 170 nümayəndə müşayiət edir. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Mirkazimi Türkiyənin ticarət naziri ilə görüşəcək. Görüşdə iki ölkə arasında ticarət sahəsində əlaqələrin inkişafı məsələləri müzakirə ediləcək, ticarət sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq.

Səfər çərçivəsində iki ölkə sahibkarlarının iştırakı ilə ticari əlaqələrin inkişafı sahəsində forumun keçirilməsi də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti