...

Gürcü patriarxını hökumət və müxalifət arasında ən yaxşı vasitəçi hesab edirlər

Siyasət Materials 27 Aprel 2009 13:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 aprel / Trend , müxbir N.Kirtsxaliya /  

Gürcüstan əhalisi içərisində hazırda ən böyük inam bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlyayadır. Üstəlik, "Kviris palitra"nın rəyini soruşduğu 401 respondentdən 21,4 faizi onu hökumət və müxalifət arasında ən yaxşı vasitəçi hesab edir.

Hakimiyyət müxalifətə hansısa ilkin şərtlər olmadan danışıqlara başlamağı təklif edir, ancaq müxalifət yalnız bir məsələ ətrafında danışıq stolu arxasına keçəyə razıdır - prezidentin istefası və vaxtından əvvəl prezident seçkilərinin başlanması.

Danışıqlar olacağı halda respondentlərin 14,6 faizi kinorejissor Rezo Çxeidze, 12,6 faizi isə şair Muxra Maçavarianinin danışıqlarda iştirakını istəyib.

İnsanların inandığı şəxslər içərisində həmçinin aktyor Otar Meqvinetuxutsesi və ekspert Soso Tsiskarişvili (hərəsi 10,7%), rejissor Qiqa Lordkipanidze (8,3%), akademik Şota Nadiraşvili (7,3%), müğənni və aktyor Vaxtanq Kikabizde (6,8%), akademik Marika Lordkipanidze (5,3%), aktrisa Nineli Çankvetadze və yazıçı Otia İoselinai (4,9%) də var. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti