Gürcüstan, Tbilisi, 01 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın radikal müxalifəti etiraz aksiyalarının davam etdirilməsi üçün Tbilisi Meriyasına ərizə ilə müraciət edib.
Müxalifətin mətbuat xidmətindən verilən məlumata əsasən, aksiyaların müddətinin mayın 15-dək uzadılması üçün Meriyaya daha bir ərizə ünvanlanacaq.
Ərizədə aksiya və nümayişlərin keçirilmə yeri göstərilib. Etiraz aksiyaları əvvəlki kimi Rustaveli prospektində yerləşən Parlament binası, İctimai kanal və Prezidentin Avlabari iqamətgahı qarşısında keçiriləcək. Nümayişlər isə "Rustavi-2" telekanalı, Daxili İşlər Nazirliyi və Prezidentin Şavnabad iqamətgahı qarşısında keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]