...

Azərbaycan ilə Türkiyə arasında bəzi məsələlər dəqiqləşdirilməlidir – xarici işlər nazirinin müavini

Siyasət Materials 5 May 2009 10:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Türkiyəyə səfəri zamanı Azərbaycan-Türkiyə münasibətləri müzakirə olunub.

"Xarici işlər naziri və onun müavini ilə görüş zamanı aparılan müzakirələr Azərbaycan-Türkiyə münasibətləri, regional problemlər və təhlükəsizlik məsələlərinə həsr olunub", - deyə çərşənbə axşamı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Əzimov bildirib.

Əzimov deyib ki, Türkiyə ilə bu kimi görüşlər vaxtaşırı keçirilir

Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin müavini dünən Türkiyəyə səfər edib. Əzimov bu ölkənin yeni xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.

"Azərbaycan və Türkiyənin regionda maraqları eynidir. Ermənistan bütün qonşu ölkələrin ərazi bütövlüyünü tanımalıdır və işğal olunmuş ərazilərdən qoşunlarını çıxartmalıdır", - deyə Əzimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında bəzi məsələlər dəqiqləşdirilməlidir. 

Xəbər lenti

Xəbər lenti