...

İran Prezidenti Suriyaya səfər edəcək

Siyasət Materials 5 May 2009 10:31 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad suriyalı həmkarı Bəşar Əsədin dəvəti ilə çərşənbə axşamı bu ölkəyə səfər edəcək. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb. 

Səfərdə İran Prezidentini bu ölkənin XİN rəhbəri Mənuçöhr Müttəki və digər bir neçə nazir müşayiət edir.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin inikişaf etdirilməsi, regional və beynəlxalq aləmdə baş vermiş hadisələr müzakirə olunacaq.

İran Prezidenti Suriyaya səfəri zamanı Fələstin quruplaşmalarının rəhbərləri ilə də görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti