Gürcüstan, Tbilisi, 05 may / Trend , müxbir N.Kirtsxalia /
Bu gün Brüsseldə Gürcüstan-Nato Şurasının iclası öz işinə başlayacaq. Gürcüstan XİN-in verdiyi məlumata görə, bu gün səfirlər səviyyəsində görüş keçiriləcək və bu, Gürcüstan və NATO münasibətlərinin dərinləşdirilməsi istiqamətində bir mərhələ olacaq.
Görüşdə Gürcüstanın illik milli proqramı, onun başlanması məsələləri və bununla bağlı problemlər müzakirə olunacaq.
Gürcüstan XİN-də hesab edirlər ki, iclasda ölkədəki daxili siyasi vəziyyət, xüsusilə də radikal müxalifətin ölkə paytaxtında keçirdiyi etiraz akisyaları müzakirə olunacaq. Həmçinin NATO-nun mayın 6-da Gürcüstanda planlaşdırdığı hərbi təlimlər də müzakirə mövzusu olacaq.
Çərşənbə günü görüş baş qərərgah rəisləri səviyyəsində davam etdiriləcək. Gürcüstan bu görüşdə Silahlı Qüvvələrin Birləşmiş Qərərgah rəisi Devi Çankotadze tərəfindən təmsil olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]