Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Ceykob Zumaya vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Azərbaycan Respublikası ilə CAR arasındakı münasibətlərin dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.