Gürcüstan, Tbilisi, 12 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın radikal müxalifəti mayın 26-da, Müstəqillik Günündə mülki parad keçirməyi planlaşdırır. Bu barədə müxalifət liderlərindən olan Levan Qaçeçiladze məlumat verib.
Onun sözlərinə görə, mərasim Payçadze adına stadionda yüz minlərlə insanın iştirakı ilə keçiriləcək.
"Oradan biz yürüş edərək Parlament qarşısından paradla keçəcəyik", - Qaçeçiladze deyib.
Onun sözlərinə görə, müxalifətin əsas hissəsinin stadionda toplandığı zaman Rustaveli prospektindəki "həbsxana kameraları" qalacaq.
"Bu Prezidentin bəyanatına olan cavabımızdır. Bizim nə qədər olduğumuzu görsün və adekvat qərar qəbul etsin", - Qaçeçiladze qeyd edib.
Onun sözlərinə əsasən, etiraz aksiyaları hər gün davam etdiriləcək və daha da kəskin xarakter alacaq.
"May 26-da hamı aksiyada olmalıdır ki, dünya bizim mülki parad keçirə bildiyimizi görsün", - Qaçeçiladze vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]