...

Azərbaycan və Çinin hakim partiyaları ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır

Siyasət Materials 14 May 2009 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyası (YAP) və Çin Kommunist Partiyası iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarıdır.

YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı Çinin Azərbaycandakı yeni səfiri Çjan Yannyan ilə görüşüb.

Səfir Azərbaycan və Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu, əlaqələrin daha da dərinləşməsi və inkişafında Prezident İlham Əliyevin Çinə səfərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Səfir ölkələr arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini bildirib. Bu barədə YAP-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Əhmədov Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yüksək səviyyədə əlaqələrin ölkələr arasında münasibətlərə təsirsiz ötüşmədiyini vurğulayıb. O, ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyinə və reallaşacağına əminliyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti