Gürcüstan, Tbilisi, 18 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Xarici İşlər Nazirliyinin Rusiyanın qərarlarına yeganə təsir vasitəsi diplomatik təzyiqdir. Bu barədə ənənəvi brifinq zamanı Gürcüstan XİN-in siyasi departament rəhbəri Zurab Kaçkaçişvili deyib. Gürcüstan XİN rəsmisi Rusiya Dövlət Dumasının başçısı Boris Qrızlovun Suxumiyə səfəri və rus qoşunlarının Gürcüstan və Abxaziyanın administrativ sərhədində dislokasiyasına belə reaksiya verib.
"Biz Moskvanın bu tip birtərəfli hərəkətlərini yalnız pisləyə bilərik və beynəlxalq icttimaiyyəti də buna çağırırıq", - Kaçkaçişvili deyib. O qeyd edib ki, bu yeganə vasitədən sonadək istifadə ediləcək.
"Biz hər zaman beynəlxalq ictimaiyyətə Rusiyanın "Sarkozi-Medvedyev" razılaşması və beynəlxalq hüquq əsaslarına əməl etmədiyini xatırladırıq", - Gürcüstan XİN nümayəndəsi qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]