Gürcüstan, Tbilisi, 20 may / Trend , müxbir N.Kirtsxaliya /
Abxaziyada yaxın zamanlarda gürcü dilində təhsilə qadağa qoyula bilər. Bu barədə çərşənbə günü jurnalistlərə Abxaziya Muxtar Respublikasının təhlsil nazirinin müavini Salome Kapanadze deyib. Onun sözlərinə əsasən, gürcü məktəblərinin şagirdlərinə rus dərslikləri üzrə treninqlər keçirilir və onlar rus dili biliyinə görə test edilirlər.
"Abxaziyada gürcü dilində təhsilə qadağa qoymağa hazırlaşırlar. Gürcü uşaqlar acınacaqlı vəziyyətdədirlər", - Kapanadze qeyd edib.
Qeyd etmək lazımdır ki, analoji vəziyyət Abxaziyada 1953-cü ildə də baş verib və o vaxt abxaz məktəblərində təhsil gürcü dilindən rus dilinə çevrilmişdi. Hazırda abxaz dili yalnız ibtidai siniflərdə tədris edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]