...

Azərbaycan və İsveçrə əməkdaşlığın gələcək inkişaf yollarını müəyyən edəcək

Siyasət Materials 21 May 2009 08:00 (UTC +04:00)
Azərbaycan və İsveçrə əməkdaşlığın gələcək inkişaf yollarını müəyyən edəcək

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir S.Ağayeva /

Azərbaycan və İsveçrə siyasi, iqtisadi və humanitar münasibətlərin gələcək inkişaf yollarını müəyyən edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında İsveçrəyə ilk rəsmi səfəri zamanı bu münasibətlərin perspektivləri müzakirə olunacaq. Bu barədə çərşənbə günü Trend -a Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov bildirib.

Səfər İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin dəvəti ilə baş tutacaq. Azərbaycan Prezidenti dəfələrlə İsveçrədə olub, Davosda Ümumdünya İqtisadi Forumun işində iştirak edib. Əmirbəyov bildirib ki, bu onun İsveçrəyə ilk rəsmi səfəri olacaq.

Səfər hazırda diplomatik kanallar vasitəsilə hazırlanır. Səfirin sözlərinə görə, ekspertlər Azərbaycan Prezidentinin səfəri zamanı imzalanması planlaşdırılan ikitərəfli sənəd layihələrini razılaşdırırlar. Diplomatın sözlərinə görə, Azərbaycan ilə İsveçrə arasında son beş-altı ildə yaxşı müqavilə-hüquq bazası yaradılıb, bir çox ikitərəfli sazişlər imzalanıb və hazırda onların reallaşdırılması üzrə iş aparılır.

İsveçrənin sabiq Prezidenti Paskal Kuşpen 2008-ci ildə Azərbaycana rəsmi səfər edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin birinci rübündə Azərbaycan ilə İsveçrə arasında mal dövriyyəsi 13,5 mln. dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti