Gürcüstan, Tbilisi, 21 may / Trend , müx N.Kirsxalia /
Bu gün "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, Tbilisinin ətrafında yerləşən Vaziani hərbi bazasında "Cooperative Lancer 09" adlı NATO təlimlərinin ikinci mərhələsi - səhra təlimləri başlayır. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə 14 ölkədən doqquz NATO ölkəsi (ABŞ, Albaniya, Kanada, Xorvatiya, İspaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Türkiyə) və beş tərəfdaş ölkə (Gürcüstan, Ukrayna, Bosniya və Hersoqovina, Makedoniya və Azərbaycan) - minə yaxın hərbi qulluqçu iştirak edəcək.
İkinci mərhələ çoxmillətli qüvvələrin batalyon səviyyəsində hazırlanmasını nəzərdə tutur və iyunun 3-nə kimi davam edəcək.
Bu təlimlər - NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının yarısıdır və tərəfdaş ölkələrə NATO ilə fərdi münasibətlərin qurulmasına imkan yaradır.
Keçən il analoji təlimlər Ermənistan ərazisində keçirilib.
Rusiya tərəfi Gürcüstanda keçirilən NATO təlimlərinin kəskin əleyhinə çıxıb və cavab olaraq genişmiqyaslı "Qafqaz-2009" təlimlərini keçirəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]