...

Gürcüstanda ölkə hökuməti trəfindən qərarların qəbul edilməsi mexanizmi dəyişdiriləcək

Siyasət Materials 23 May 2009 13:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 may / Trend , müxbir N. Kirtsxalia / 

Gürcüstanda hökumət trəfindən qərarların qəbul edilməsi mexanizmi dəyişdirilir. "Hökumət qrumlarının səlahiyyətləri və fəaliyyəti haqqında" və "Normativ aktlar haqqında" qanunlara müvafiq dəyişikliklər ediləcək.

Hökumət tərəfindən nəzərdən keçirilməsi üçün təklif olunan qanun layihəsi ilk dinləmələr zamanı müzakirə olunub. Düzəlişlərə əsasən, qərarı təqribən 1/3 tərkibdə Nazirlir Kabineti qəbul edə bilər, həlledici səs hüququ isə Baş nazirə məxsusdur. Hazırkı qanunvericiliyə əsasən, Gürcüstan hökuməti qərarı nazirlər iclasında iştirak edənlərin səs əksəriyyəti ilə qəbul edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti