...

Azərbaycan Prezidenti Gəncədə şəhər polis idarəsinin yeni inzibati binasının açılışında iştirak edib

Siyasət Materials 25 May 2009 15:27 (UTC +04:00)

Prezident İlham Əliyev mayın 25-də Gəncədə şəhər polis idarəsinin yeni inzibati binasının açılışında iştirak edib, bazar ertəsi AzərTAc dövlət agentliyi məlumat yayıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandana raport verib.

Tikintisinə 2008-ci ilin aprelində başlanılmış və ümumi sahəsi 7 min kvadratmetr olan yeni bina zirzəmi də daxil olmaqla, 4 mərtəbədən ibarətdir. Tikinti işlərində yerli materiallarla yanaşı, Türkiyə, İtaliya və Avropanın digər ölkələrindən gətirilmiş inşaat məmulatından da istifadə olunub.

Bildirilib ki, binada növbətçi hissə, əməliyyat-rabitə qovşağı, silah otağı, qeydiyyat və şəxsiyyət vəsiqəsi, istintaq və təhqiqat, mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət axtarış, kadrlar şöbələri, post-patrul xidməti, xüsusi təyinatlı əməliyyat taborları, kriminalistik tədqiqatlar, ictimai təhlükəsizlik və yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili, narkotiklərlə mübarizə bölmələri, anbar fəaliyyət göstərir.

Binanın yarımzirzəmisində fövqəladə hallar zamanı xüsusi təyinatlı əməliyyat taborunun əməkdaşları üçün 30 yerlik yataqxana da yerləşir. İkinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin mənalı həyatına, onun polis orqanlarına göstərdiyi diqqət və qayğıya həsr olunmuş guşə yaradılıb. Bu mərtəbədə 50 nəfərlik brifinq zalı, dəftərxana da yerləşir.

Üçüncü mərtəbənin foyesində Prezident, Ali Baş Komandan İlham Əliyevin hüquq mühafizə orqanlarına, xüsusilə polisə göstərdiyi diqqət və qayğını əks etdirən guşə yerləşir. Mərtəbədə 320 nəfərlik akt zalı da fəaliyyət göstərir.

İdarənin ətrafında 1500 kvadratmetrlik ərazidə yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.
Bu, bir daha göstərir ki, Azərbaycanda hüquq mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır.

Dövlətimizin başçısı idarənin kollektivini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti