...

Gürcüstan Prezidenti ictimai şura yaratmağı təklif edir

Siyasət Materials 25 May 2009 19:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili ictimai şura yaratmağı təklif edir. Bu təşəbbüslə Gürcüstan Prezidenti Mədəniyyət Nazirliyində Milli "Rustaveli" mükafatının təltifedilmə mərasimində çıxış edib. Saakaşvilinin sözlərinə görə, belə bir şuranın səlahiyyət və vəzifələrini təyin edən qanun qəbul etmək lazımdır. Şuraya müxtəlif sahələrin nümayəndələri daxil olacaq.

"Biz insanlara şərait yaratmalıyıq ki, qanunlar yaratsınlar və parlament də öz növbəsində çevik reaksiya verərək onları baxışdan keçirməlidir. Gürcü ictimaiyyəti Gürcüstan demokratiyasının quruculuğunda yaxından iştirak etməlidir", - Prezident vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti